“Günəş enerji sistemləri” mövzusunda təlimlər yekunlaşdırılıb.

“BBP Azərbaycan” Dual Texniki Peşə Təhsili və Təlimi layihəsi çərçivəsində peşə təhsili mərkəzləri və sahə üzrə şirkət təlimçilərinin iştirakı ilə “Günəş enerji sistemləri” mövzusunda vorkşop keçirilib. Vorkşopda iştirakçılara fotovoltaik sistemlərin əsas iş prinsipləri, istifadə olunan materiallar, təhlükəsizlik xüsusiyyətləri, PV sistemlərin qurulması, texniki dəstək məsələləri və günəş enerjisindən elektrik enerjisinin istehsalı barədə məlumat verilib. Sessiyada, həmçinin, layihə yanaşması və praktiki tətbiq nümunələri ətrafında müzakirələr aparılıb.