“Ağıllı kənd təsərrüfatı və rəqəmsal texnogiyalar üzrə Təlimçilər üçün Təlim” proqramı keçirilib

Sumqayıtda İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “BBP Azərbaycan” Dual Texniki Peşə Təhsili və Təlimi layihəsi çərçivəsində müəllimlər üçün “Ağıllı kənd təsərrüfatı və rəqəmsal aqrar texnologiyalar üzrə Təlimçilər üçün Təlim” proqramı keçirilib. Təlim proqramının əsas məqsədi müəllimlərin ağıllı kənd təsərrüfatı, rəqəmsal aqrar texnologiyalar və praktiki tədris bacarıqlarının artırılması olub və sessiyalarda ağıllı kənd təsərrüfatı üzrə texnologiyalar, torpaq diaqnostikası, bitki sağlamlığının monitorinqi, ağıllı suvarma sistemləri, istixana idarəetməsi, monitorinq, avtomatlaşdırma, robototexnika və məlumatların idarə olunması kimi mövzular əhatə olunub. Təlimin sonunda iştirakçılar tələbələrlə real tədris prosesində tətbiq edə biləcəkləri praktiki layihə ideyaları üzərində müzakirə aparıblar.