Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı texnologiyaları üzrə məlumatlandırıcı görüş keçirilib.

20 fevral 2026-cı il tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “BBP Azerbaijan” İkili Texniki Peşə Təhsili və Təlimi layihəsi çərçivəsində məktəb heyəti, layihə nümayəndələri və özəl sektor təmsilçilərinin iştirakı ilə geniş məlumatlandırıcı görüş keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Ramin Əmənov açaraq müəssisənin fəaliyyəti barədə məlumat verib və “BBP Azerbaijan” layihəsinin ölkə üzrə Mehmet Çakar “BBP Azerbaijan” layihəsinin məqsəd və fəaliyyət istiqamətlərindən bəhs edib. Daha sonra “Grand Motors” MMC-nin Servis Departamentinin direktoru Sənan Məmmədov şirkətin fəaliyyət istiqamətləri üzrə ətraflı təqdimat edərək iştirakçıların suallarını cavablandırmışdır. “Grand Motors” MMC Weber MT, HOLMER Maschinenbau və GRIMME kimi Alman şirkətlərinin, eləcə də bir çox digər brendlərin kənd təsərrüfatı avadanlıqları və nəqliyyat vasitələri üzrə Azərbaycanda distribütorudur. Görüş qarşılıqlı müzakirələr və gələcək əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi ilə yekunlaşmışdır.