“Biznes modeli, sahibkarlıq və özünüməşğulluq” mövzusunda vorkşop keçirilib
26, 27, 28 noyabr 2025-ci il tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində “Biznes modeli, sahibkarlıq və özünüməşğulluq” mövzusunda vorkşop keçirilib. Türkiyədən dəvət olunmuş biznesin inkişafı və sahibkarlıq üzrə mütəxəssis tərəfindən keçirilən təlimdə mərkəzlərin ikili peşə təhsil qruplarında təhsil alan İKT və Avtomobil mexatronikası üzrə texnik ixtisaslarının sonuncu kurs tələbələri iştirak edib. Vorkşopun məqsədi tələbələri biznes imkanlarını müəyyənləşdirmək, biznes modelləri qurmaq və məzuniyyətdən sonra özünüməşğulluq istiqamətində ilk addımları atmaq üçün zəruri bilik və bacarıqlarla bağlı məlumatlılığını artırmaq olub.
Sessiyalarda biznes modelinin əsas prinsipləri, ideyaların formalaşdırılması, dəyər təklifi, bazar araşdırması, həmçinin satış və marketinqin ilkin elementləri üzrə müzakirə aparılıb, həmçinin innovativ düşüncənin və sahibkarlıq yanaşmasının inkişafından bəhs olunub.