Peşə təhsil mərkəzlərində torpaq analizi və idarəetməsi üzrə təlim keçirilib
24–27 noyabr 2025-ci il tarixlərində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və İZİA nəzdində Peşə Təhsil Mərkəzində “BBP Azərbaycan” ikili texniki peşə təhsili və təlimi layihəsi çərçivəsində “Torpaq analizi və ağıllı torpaq idarəetməsi” mövzusunda təlim keçirilib. Təlim Avstriyadan dəvət olunan torpaq elmi və smart aqrar texnologiyalar üzrə mütəxəssis Dr.Martin Mautner Markof tərəfindən keçirilib.
Proqram çərçivəsində torpaq münbitliyinin əsasları, torpaq analizlərinin aparılması, sensor və rəqəmsal texnologiyalardan (IoT, dronlar, dəqiq əkinçilik alətləri) istifadə, həmçinin iqlimə davamlı torpaq idarəetməsi strategiyaları müzakirə olunub və müəllimlərin ağıllı kənd təsərrüfatı üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edib.