Peşə təhsilində didaktik yanaşmalar və tədris metodları mövzusunda təlim keçirilib
18–21 noyabr 2025-ci il tarixlərində İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “BBP Azərbaycan” ikili texniki peşə təhsili və təlimi layihəsi çərçivəsində “Peşə təhsilində didaktik yanaşmalar və tədris metodları” mövzusunda təlim keçirilib. Təlimdə mərkəzin müxtəlif ixtisaslar üzrə tədris aparan müəllimləri iştirak ediblər.
Təlim Almaniyadan dəvət olunmuş peşə təhsili üzrə mütəxəssis Kurt Gerard tərəfindən keçirilib və iki günlük proqram çərçivəsində iştirakçılar peşə təhsilində müasir metodika və didaktika, fəaliyyət yönümlü dərs planlaşdırılması, dərslərin tələbəyönümlü təşkili və nəticəyönümlü qiymətləndirmə kimi mövzularla tanış olublar. Müəllimlər qrup işi və praktiki tapşırıqlar vasitəsilə dərsləri üçün nümunəvi dərs planları müzakirə ediblər.