İkili peşə təhsilində təlimçi hazırlığı konsepsiyası mövzusunda vorkşop keçirilib

6-7 noyabr 2025-ci il tarixində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində “BBP Azərbaycan” ikili texniki peşə təhsili və təlimi layihəsi çərçivəsində “Peşə təhsilində təlimçi hazırlığı konsepsiyası” mövzusunda vorkşop keçirilib. Təlim ikili peşə təhsili sistemi çərçivəsində müəssisədaxili peşə təhsilinin planlaşdırılması və həyata keçirilməsinə, xüsusilə də peşə təhsil müəssisələri üçün konsepsiya hazırlanmasına fokuslanıb. İştirakçılar müəssisədaxili təlimin üstünlükləri və sosial məsuliyyəti, hüquqi çərçivə, peşə məktəbləri və əmək bazarı institutları ilə əməkdaşlıq, təhsilalanlara dəstək, öyrənmə nəticələrinin qiymətləndirilməsi, Tədris İdarəetmə Sistemlərindən (LMS) istifadə və gələcək ixtisasartırma imkanları barədə müzakirələr aparıblar.