Ağıllı suvarma sahəsi üzrə təlimlər keçirilib
14-23 oktyabr 2025-ci il tarixlərində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzində ağıılı kənd təsərrüfatı üzrə tədris aparacaq müəllimlər üçün “Ağıllı suvarma və su idarəçiliyi: prinsiplər, texnologiyalar və tətbiq” mövzusunda təlimlər keçirilib. Təlim ağıllı suvarma sistemləri üzrə mühəndis Yavuz Selim Şahin tərəfindən keçirilib və təlim sessiyalarında ağıllı suvarma texnologiyaları, torpaq resursları və standart torpaq sınaqları, su və torpaq keyfiyyətinin yaxşılaşdırılması üsulları, iqlimə nəzarət və məhsuldarlıqda ağıllı sistemlərin rolu, və müasir analitik texnikalar və patent əsaslı alətlər kimi mövzuları əhatə edib.