Fotovoltaik sistemlərinin quraşdırılması və istismarı üzrə təlim keçirilib
7–16 oktyabr 2025-ci il tarixlərində İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzi (İZİA PTM) və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində bərpa olunan enerji sahəsində tədris aparan müəllim və təlimçilər üçün “Günəş Enerjisi Sistemləri / Fotovoltaik (PV) Sistemlərin Quraşdırılması və İstismarı” mövzusunda 8 günlük intensiv təlim keçirilib.
Təlimlər Baden-Württembergischen Wirtschaft e. V təşkilatı ilə tərəfdaşlıqla icra oluan “BBP Azerbaijan” İkili Texniki Peşə Təhsili və Təlimi layihəsi çərçivəsində Almaniyadan olan mütəxəsis Manfred Becker tərəfindən keçirilib.
Təlimlər peşə təhsili müəssisələrində PV sistemlərinin quraşdırılması, düzgün sınaqdan keçirilməsi və səmərəli istismarı üzrə praktik səriştələrin möhkəmləndirilməsinə, həmçinin müəllimlərin dərs prosesinə müasir standartlara uyğun metodika və resursların inteqrasiyasına xidmət edib.