Peşə Təhsil Mərkəzləri və Şirkətlər arasında Koordinasiya üzrə keçirilib

6–8 oktyabr 2025-ci il tarixlərində Almaniyanın IQ Baden-Vürttemberq Şəbəkəsinin peşə təlimi üzrə eksperti Monika Martin tərəfindən “Peşə təhsil mərkəzləri və müəssisələr arasında koordinasiya üzrə təlim” həyata keçirilib. Təlimdə peşə təhsil mərkəzləri və şirkətlərin rolları, əməkdaşlıq və kommunikasiya, təlim və təcrübə proqramları, tədrisin əmək bazarına uyğunlaşdırılması, təhsil–sənaye tərəfdaşlığı, tələbə və dual təlim yanaşmaları, eləcə də davamlı əməkdaşlıq çərçivələri kimi mövzular əhatə olunub. Təlimlərdə layihə üzrə tərəfdaş təhsil müəssisələri olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzindən ümumilikdə 34 iştirakçı olmaqla karyera üzrə mütəxəssislər, dual qruplarda tədris aparan müəllimlər və şirkət nümayəndələri iştirak ediblər.