Məzun Günü: Layihə çərçivəsində İkili Texniki Peşə Təhsili və Təlimi qrupunun ilk tələbələri 3 illik proqramı tamamladı
30 iyun, 2025-ci il tarixində Bakı Dövlət Sənaye və İnnovasiyalar Peşə Təhsil Mərkəzində məzun günü keçirilib. Həmçinin bu tədbirdə “BBP Azerbaijan” İkili Texniki Peşə Təhsili və Təlimi layihəsi çərçivəsində əsas partnyor olan peşə təhsil mərkəzi ilə 2022-2025-ci il İnformasiya Kommunikasiya Texnologiyaları və Avtomobil Mexatronikası üzrə ilk dual qruplar 3 illik proqramı başa vurdular.
Tədbir peşə təhsil mərkəzinin heyəti, tələbələr, valideynlər, özəl və ictimai sektordan olan nümayəndələri bir araya gətirib. Tədbirdə dual təhsil modelinin əhəmiyyəti, bu yanaşmanın tələbələrin praktik bilik və bacarıqlarla təmin olunmasında rolu xüsusi vurğulanıb, gələcək məşğulluq imkanları və dayanıqlı iqtisadiyyat üçün əhəmiyyətindən bəhs olunub.