Texniki peşələrdə qızların dəstəklənməsinə həsr olunmuş tədbir keçirilib

11 aprel 2025-ci il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində “Dual TVET” (BBP Azerbaijan) İkili Texniki Peşə Təhsili və Təlimi layihəsinin ikinci mərhələsi çərçivəsində texniki peşələrdə qızlarının dəstəklənməsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi qızların texniki sahədə təhsil və təliminə, bərabər imkanlar üçün tam potensiallarını reallaşdırmalarına dəstək olmaq və gələcəkdə onların bu sahədə səlahiyyətləndirilmələri üçün məlumatlılığın artırılmasıdır. Tədbirə açılış nitqi ilə başlayan İZİA Peşə Təhsil Mərkəzinin direktoru Kənan Baghirov mərkəzin həyata keçirdiyi fəaliyyətlər və tədbir barədə iştirakçıları məlumatlandırıb və “Dual TVET” layihəsinin ölkə üzrə Layihə meneceri Mehmet Çakar hər il ənənəvi olaraq keçirilən bu məlumatlandırma görüşünün əhəmiyyətindən bəhs edib. Tədbirdə layihə çərçivəsində texniki sahələrdə qızlara dəstək üçün partnyor özəl şirkətlərdən olan qadın nümayəndələr iştirak edib. AHK Azərbaycanın Biznes Xidmətləri Şöbəsinin Rəhbəri Leyla Məmmədova, “Access Bank” QSC-nin Filial direktorunun müavini Günel Hacıyeva, ATL Academy-nin İcraçı direktoru Aydan Haşımova, STP Şirkətlər Qrupunun İR direktoru Elvira Alışova və nümayəndələri Nigar Bayramova və Günel Musayeva, “Harvesso” MMC şirkətinin nümayəndəsi Müjgan Hacıyeva çıxış edərək bu sahədə şirkətlərin təcrübələrindən və pozitiv hekayələrdən danışıb, texniki peşələrdə qadınlar üçün karyera imkanlarının yaradılmasında təşviqat tədbirlərinin roluna toxunublar. Tədbir təhsil mərkəzinin tələbələri, müəllimləri və valideynləri bir araya gətirib və sonda mövzu ətrafında müzakirə aparılıb, iştirakçılar fikirlərini səsləndiriblər.