UNIPER və Alman-Azərbaycan Xarici Ticarət Palatasının iştirakı ilə məlumatlandırma görüşü keçirilib.

20 fevral, 2025-ci il tarixində İZİA Peşə Təhsil Mərkəzində “Dual TVET” layihəsinin İkinci Mərhələsi (BBP Azerbaijan) çərçivəsində Almaniyanın “Uniper Global Commodities SE” şirkəti və Alman-Azərbaycan Xarici Ticarət Palatasının Azərbaycan üzrə nümayəndəlikləri, mərkəzin əməkdaşları, layihə heyəti, müəllim, tələbə və valideynlərin iştirakı ilə məlumatlandırma görüşü baş tutub. Görüşə salamlama nitqi ilə başlayan İZİA Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov iştirakçılara mərkəzin fəaliyyəti haqqında məlumat verib, növbəti olaraq Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. v (BIWE) təşkilatının ölkə üzrə Layihə meneceri Mehmet Çakar layihə çərçivəsində görülən işlərdən bəhs edib. “Uniper Global Commodities SE” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktor müavini Aytəkin Siraczadə təmsil etdikləri şirkət və qurumun fəaliyyət sahəsi və istiqamətlərindən danışıb, peşə təhsilində gənclər üçün gələcək imkanlara dair fikirlərini bölüşüb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və görüş müzakirə ilə yekunlaşdırılıb.