Bakı şəhərində müəllim və təlimçilər üçün Hibrid və Elektrikli Nəqliyyat vasitələri üzrə təlim keçirilib

30 sentyabr - 4 oktyabr 2024-cü il tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində peşə məktəbi və tərəfdaş şirkətlərdən olan müəllim və təlimçilər üçün 5 günlük təlim keçirilib. Hibrid və elektromobillər üzrə təlim zamanı iştirakçılar nəzəriyyə ilə praktiki tətbiqi birləşdirən müzakirələr aparıblar. 5 günlük sessiyalarda hibrid sistemin sökülməsi, avtomobilin konvertasiyası, arxa işıqlandırma və naqil qoşquları, kontrollerlər və sahə-stop II kimi mövzular əhatə olunub. Təlim Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən "Sequa" təşkilatı vasitəsilə maliyyələşdirilən və "Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V" (BIWE) təşkilatı icra olunan “4D Dual TVET” layihəsi çərçivəsində keçirilib.