Alman Azərbaycan Əməkdaşlığı

31 may 2024-cü il tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsili Mərkəzində “4D Dual TVET” layihəsi və Azərbaycanda dual peşə təhsilinin mövcud vəziyyəti haqqında məlumat sessiyası keçirilib. İlk olaraq, IZIA İdarə Heyətinin sədr müavini cənab Fuad Məhərrəmov açılış sözləri ilə çıxış edərək qonaqları salamlayıb və tədbiri açıq elan edib. Almaniyanın Azərbaycandakı səfirliyindən cənab Heiko Schwarz, Sumqayıt Texnologiyalar Parkından cənab Azad Hüseynov və “4D Dual TVET” layihəsinin Layihə Meneceri cənab Mehmet Çakar da daxil olmaqla nümayəndələr Azərbaycanın Peşə Təhsili sahəsində tərəqqisi haqqında dəyərli məlumatlar vermis və peşə təhsili sahəsində Alman və Azərbaycan tərəfdaşlığının önəmindən danışmışlar. Tədbir ikili peşə proqramları üzrə tələbələrin motivasiya edici uğur hekayələri və çıxışları ilə yekunlaşıb.