Autizm Mərkəzinə Ziyarət
15 may 2024-cü il tarixində Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V. və partnyor məktəblərdən olan İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin Bakı şəhərində yerləşən Autizm Mərkəzinə ziyarəti olmuşdur. Ziyarət zamanı mərkəzdə olan uşaqlarla maraqlı oyunlar oynanılmış, uşaqların iştirakı ilə sendiviçlər hazırlanmış və BiWE tərəfindən Autizm Mərkəzində təhsil alan uşaqların vaxtlarını səmərəli keçirmələri üçün intellektual oyunlar hədiyyə olunmuşdur. Ümumilikdə isə ziyarətin məqsədi Azərbaycanda inkuliziv təhsilin inkişafı üçün Autizm sindromu olan uşaqları da dual peşə təhsilinə cəlb etmək və onların təhsil prossesini uğurlu başa vurmalarına köməklik göstərmək olub.