Almaniyaya Işgüzar Səfər
28 Aprel- 5 May 2024-cü il tarixlərində Azərbaycandan parnyor özəl və dövlət sektoru nümayəndələrinin iştirakı və Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V.-nin təşkilatçılığı ilə Almaniyaya işgüzar səfər təşkil olunmuşdur. Səfərdə dövlət sektorunu və peşə məktəblərini təmsilən, Peşə Təhsili üzrə Dövlət Agentliyindən direktor müavini cənab Simnar Mamedov, eyni zamanda İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzindən və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən nümayəndələr iştirak etmişdir. Səfər ərəfəsində Almaniyada yerləşən və dual peşə təhsilində önəmli rol oynayan prestijli şirkətlərə və peşə təhsili müəssisələrinə ziyarətlər olmuş, həm həmin müəssisələrlə, həm də Kenyadan olan digər bir komanda ilə fikir mübadilələri aparılmış və dual peşə təhsili istiqamətində dəyərli təcrübələr bölüşülmüşdür. Ümumilikdə, bir həftə ərzində davam edən işgüzar səfər Azərbaycanın dual peşə təhsilinin inkişafında önəmli rol oynamış və əlavə dəyər olmuşdur.