Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə İKT və Avtomobil Sahələri üçün Avadanlıqlarla Dəstək

Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V. (BiWE) 2023-cü ilin noyabr-dekabr aylarında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinə İKT və Avtomobil Mexatronikası üzrə texnik ixtisasları üçün müxtəlif növ avadanlıqlarla dəstək göstərmişdir. Bura, kompüterlər, maşınqayırma üçün istifadə olunan avadanlıqlar, həmçinin təcrübə xarakterli dərslərdə istifadə olunması üçün bir minik avtomobili daxildir. Avadanlıqlar Bildungswerk der Baden Württembergischen Wirtschaft e. V. (BiWE) təşkilatında, "4D Dual TVET" layihəsində layihə meneceri olaraq çalışan cənab Mehmet Çakar tərəfindən, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Xalidə Hümbətovaya təqdim olunmuşdur.