Dərin Öyrənmə və İnnovativ Tədris Metodları
2023-cü il dekabr ayının əvvəlində Bakı və Sumqayıt şəhərlərində, partnor peşə təhsil mərkəzləri olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində BiWE tərəfindən təşkil olunan və alman ekspert tərəfindən tədris olunan təlim sessiyaları baş tutmuşdur. Təlimdə, əsasən, peşə təhsil mərkəzlərindən və özəl sektordan olan təlimçilərin, tələbələrlə iş və tədris zamanı yeni öyrənmə metodlarından necə istifadə edə biləcəkləri müzakirə olunmuşdur. Bununla yanaşı, alman ekspert həm də tədris zamanı istifadə oluna biləcək platformaları və avadanlıqları yerli təlimçilərə təqdim etmişdir. Təlim bir neçə gün davam etmiş və bütün partnorları əhatə etmişdir.