Istanbulda Festo Təlim
16-20 oktyabr 2023-cü il tarixlərində İstanbulda, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindən, İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzindən və bir neçə əməkdaş şirkətlərdən nümayəndələrin də iştirak etdiyi 5 günlük təlim keçirilmişdir. Təlimin əsas mövzular aşağıdakılar olmuşdur:
Avtomatlaşdırma texnologiyası
Elektronika
Robot
Kiber təhlükəsizlik
Verilmiş əsas mövzularla yanaşı bir neçə alt mövzu üzrə də təlimlər keçilmişdir, hansı ki, həmin təlimlər nəticəsində peşə məktəbindən və şirkətlərdən olan təlimçilərimiz yeni metodlar və biliklərə yiyələnə və həmin bilikləri tələbələrə də öyrədə bilərlər. Ümumilikdə, Festo Didaktika Tədris mərkəzinin son model avadanlıq və texnologiyalarını, eyni zamanda tədris metodikalarını nəzərə alaraq bu səfərin olduqca faydalı olacağına inanırıq.