Valideynlər Günü
Sentyabr ayının 28-29 tarixlərində Bakıda və Sumqayıtda yerləşən partnyor peşə təhsili mərkəzlərində Valideynlər Günü adlı tədbir keçirilib. Tədbirdə, məktəb heyəti, 4D-Dual Vet Layihəsinin əməkdaşları, 2023-ci ildə peşə məktəbi- Alman dual layihəsinin tərkibində təhsil almağa başlayan tələbələrin valideynləri və tələbələr iştirak ediblər. Tədbirdə peşə təhsili ilə bağlı məsələlərin müzakirə olması ilə yanaşı, eyni zamanda valideynlərin sualları cavablandırılıb və problemləri dinlənilib.