Qızlar Günü
Iyul ayının 21-i 2023-ci il tarixində, Bakı şəhəri Sənaye və İnnovasiyalar üzrə peşə təhsil mərkəszində BiWE tərəfindən qızlara və valideynlərə peşə təhsilinin üstünlükləri, qəbul qaydaları və qadınların peşə təhsilində rolu haqqında informasiya vermək məqsədi daşıyan "Qızlar Günü" adlı tədbir keçirilmişdir. Tədbirdə "4D Dual VET" layihəsinin əməkdaşları, o cümlədən, Bakı şəhəri Sənaye və İnnovasiyalar üzrə peşə təhsil mərkəzinin və İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin müəllim və idarə heyəti yaxından iştirat etmiş və auiditoriya qarşısında faydalı və məlumatlandırıcı çıxışlar etmişdirlər. Tədbir zamanı, həmçinin, 2022-ci ildə qəbul olan tələbələrimizdən biri öz uğur hekayəsini tədbirin digər iştirakçıları ilə bölüşmüşdür. Yekunda isə iştirakçılar öz suallarını peşə məktəbələrinin və Alman layihəsinin əməkdaşlarına ünvanlamışdırlar.