"Bir Peşənin Sirri" Peşə Festivalı

İyun ayının 10-u, 2023-cü il tarixində Bakı şəhər Park Bulvarda keçirilən "Bir Peşənin Sirri" festivalında peşə təhsilinin ölkənin inkişafındakı strateji rolundan, gənclərin məşğulluğunun və peşə təhsilinə olan marağın artırılması istiqamətində görülən işlərdən söz açılıb. Tədbir zamanı Bildungswerk der Baden-Württembergischen Wirtschaft e.V. tərəfindən həyata keçirilən “Azərbaycanda məşğulluğun və biznesin inkişafının təşviqi 4D: dual təlim, rəqəmsallaşma, müxtəliflik və tələbat” layihəsinin tanıtım və təqdimat mərhələsi keçirilmiş, layihənin məqsədi və faydaları haqqında gənclərə ümumi informasiya verilmişdir. Festival zamanı bir daha aydın olmuşdur ki, gənclər və yeniyetmələr arasında dual peşə təhsilinə böyük maraq vardır.